"Həyat yoldaşımı əsəbiləşdirəcək paltarlar geyinmirəm" - fotolar

"Həyat yoldaşımı əsəbiləşdirəcək paltarlar geyinmirəm" - fotolar
12276 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynalova həyat yoldaşı, idmançı Kamil Zeynalovun qısqanc olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, ifaçı onun açıq-saçıq libaslara əsəbiləşdiyini deyib:

“Ailədə ən çox qısqanc Kamildir. O, açıq geyimləri sevmir. Mən heç zaman belə hallara yol verməmişəm. Amma ilk vaxtlar geyimlərimdə bəyənmədiyi məqamlar olurdu. İndi isə onun nəyə hirsləndiyinə bələdəm. Onu əsəbiləşdirəcək paltarlar geyinmirəm”.

Yeniliklərindən danışan Gülay “Durnalar gölə gələr” adlı mahnısına klip çəkdirmək istədiyini bildirib. Sənətçi həmçinin Ramiz Mirişlidən yeni bəstə alacaq.

Foto: Rəşad ABBASOV